Avstriyanın nüfuzlu "Format" həftəlik jurnalında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə həsr olunmuş "Enerji nəhəngi idman mühərriki olaraq" başlıqlı məqalə dərc edilib. SİA-nın məlumatına görə, məqalədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının ölkədə idmanın inkişafına xüsusi diqqət verdiyi vurğulanmış, Azərbaycanın bu il ilk Avropa Oyunlarına, 2016-cı ildə "Formula-1" Avropa "Qran-pri" yarışlarına və futbol üzrə "U-17" Avropa çempionatına, həmçinin 2020-ci il futbol üzrə Avropa çempionatının final mərhələsinin bir neçə oyununa ev sahibliyi edəcəyi qeyd olunub. Müəllif Azərbaycan Prezidentinin 2005-2015-ci illərdə ölkədə futbolun inkişafına dair Sərəncam imzaladığını xatırladıb. SOCAR rəhbərliyinin idman sahəsinə dəstəyini qeyd edən müəllif şirkətin Fransada keçiriləcək "Avro-2016" futbol çempionatının rəsmi sponsorlarından biri olduğunu bildirib. SOCAR-ın Avstriyadakı nümayəndəliyinin təşəbbüsü və təqdim etdiyi materiallar əsasında hazırlanmış məqalə geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Avstriyanın aparıcı həftəlik nəşrlərindən olan "Format" jurnalı yerli və beynəlxalq iqtisadi xəbərlərə, eləcə də ictimai-siyasi, mədəniyyət və sosial mövzulara yer ayırır. Jurnalın oxucu kütləsi 160 min nəfərdən çoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB