İlham Şaban: “Uzaqgörən siyasəti nəticəsində ölkə başçısı bu vəziyyəti aradan qaldırıb” AÇIQLAMA

İlham Şaban: “Uzaqgörən siyasəti nəticəsində ölkə başçısı bu vəziyyəti aradan qaldırıb” AÇIQLAMA

"Yanacağın qiymətinin artması istehlak bazarına neqativ təsirə edə bilər". Bunu SİA-ya açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib. O, yanacağın qiymətinin artmasının neqativ təsir edəcəyini deyib. Qonşu ölkələrdəki iqtisadi duruma öz fikrini bildirib: "Azərbaycanda yanacağın qiymətinin artması həmişə neqativ təsirlərə malik olur. Neftin qiymətinin bu cür aşağı düşdüyü bir halda Azərbaycanla qonşu ölkələrdə, Rusiyada həyat tərzi aşağı düşüb. Eyni zamanda orada soydaşlarımızın yaşadığını fikirləşmək lazımdır. O cümlədən Gürcüstanda son 2 ayda larinin kursunun aşağı düşməsi, inflasiyanın yüksəlməsi, Rusiya ilə Türkiyə arasında ticarət dövriyyəsinin azalması nəticəsində rublun kursu Türkiyə lirəsinə təsir edib. Bu da Türkiyə iqtisadiyyatında neqatif hallarla müşahidə olunur. İranda ərzaq məhsullarının qiyməti qalxıb".

İlham Şaban onu da qeyd edib ki, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycanda durum stabildir, lakin yanacağın qiymətinin ölkə daxilindəki artımı neqativ təsir edə bilərdi. Uzaqgörən siyasəti nəticəsində ölkə başçısı bu vəziyyəti aradan qaldırıb: "Azərbaycanın ətrafında baş verən proseslər istənilən halda ölkədə durumu stabil saxladığımız halda belə neqativ təsirini göstərir. Belə olan şəraitdə Azərbaycanın daxilində də ona hər hansı bir stimul yaradılsa bu, daha çox sürətlənər. Təbii ki belə addımların qarşısının almaq dövlət başçısı tərəfindən daha uzaqgörən bir addım kimi qiymətləndirilib ki, bu daha tez aradan qaldırılıb. Hesab edirəm ki, 2015 –ci ildə bütün risklərə gedib Azərbaycanda iqtisadi vəziyyətin stabil saxlanılmasına çalışılmalıdır. Ən əsası isə hökümət sivil xərclərin rasionallığına diqqət yetirməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə