Azərbaycanda verilən kreditlərin böyük hissəsi Bakı və Abşeron yarımadasının payına düşür. SİA-nın məlumatına görə, bu barədə Azərbayan Mərkəzi Bankı (AMB) məlumat yayıb. Məlumata görə, ölkə üzrə 18,15 milyard manatlıq kredit portfelinin 15,7 milyard manatı və yaxud 86,5%-i paytaxtda və onun ətrafında formalaşıb. Kreditlərin məbləğinə görə, 2-ci yeri 5,9%-lik payla Aran bölgəsi tutub. Bu zonada yaşayanlar ümumilikdə 1,07 milyard manat kredit alıblar. Gəncə-Qazax bölgəsində isə bütün kreditlərin 2,3%-i və yaxud 413 milyon manat kredit verilib.
Ən az kredit isə Kəlbəcər-Laçında verilir – 32 milyon manata yaxın. Bu ümumi portfelin 0,17%-i qədərdir. AMB-nin açıqladığı rəqəmlərə əsasən deyə bilərik ki, Azərbaycanda kreditlər illik orta hesabla 14%-lə verilir. Ən ucuz krediti isə Bakıda yaşayanlar alır. Belə ki, paytaxt üzrə kreditlərin orta illik faiz dərəcəsi 12,5%-dir. Naxçıvan MR-da bu göstərici 13,5%-dir. Qalan bölgələrdə isə faiz dərəcəsi 19-26% civarında dəyişir. Bu baxımdan ən bahalı krediti Kəlbəcər-Laçın bölgəsindən olanlar alır – illik 25,6%-lə.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB