Araz Aslanlı: “Neftin ucuzlaşması Naxçıvan MR-ə ciddi təsir etməyəcək” Açıqlama
"Dünya bazarında neftin ucuzlaşması Azərbaycanın Naxçıvan Muxtar Respublikasında həyata keçirmək istədiyi dövlət əhəmiyyətli layihələrə ciddi təsir etməyəcək". Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib.
O, neftin dünya bazarında qiymətinin aşağı düşməsinin bütün ölkələrə iqtisadi siyasi təsir göstərmə gücünə malik olduğunu, amma sırf Naxçıvan MR-da həyata keçiriləcək layihələrə ciddi təsir göstərməyəcəyini ifadə edib: "Ümumiyyətlə neftin qiymətindəki aşağı düşmə tendensiyası iqtisadi və siyasi təsir göstərmə gücünə malikdir. Bu da daha çox ümum ölkə miqyası ilə bağlıdır. Bu il Naxçıvanda dövlət büdcəsindən və neft fondundan ayrılan vəsaitlə layihələr nəzərdə tutulur. Təbii ki, neftdən daxil olmaların azaldılması nəticəsində infrastruktur layihələrində müəyyən dəyişiklik gözlənilir. Vətəndaşların adambaşına düşən gəlirində azalma da ola bilər. Lakin dövlətin konkret olaraq hansı ərazilərdə və hansı istiqamətlər üzrə infrastruktur layihələrini azaldacağı hələ bəlli deyil". Sadəcə ümumi xarakterli açıqlamalar var. Digər tərəfdən neftin qiymətindəki azalma hələlik ilin qısa bir müddətinə aiddir. Bu səbəbdən də 2014-cü il üçün illik gözlənilən gəlirdə qismən azalma oldu. 2015-ci ildə bu tendensiya davam etsə gəlirlədə azalma ciddi olacaq. Amma hər halda Dövlət Neft Fondunun kifayət qədər vəsaitləri var. Eyni zamanda qeyri-neft sektorunun inkişafı ilə bağlı layihələrə də artıq illərdir ki, icra olunur. Bütün bunlar neftin qiymətindəki azalmanın ümumilikdə daxili iqtisadiyyata, eləcə də konkret olaraq Naxçıvan bölgəsinə təsirlərin azalması üçün imkanlar yaradır.
Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Azərbaycanın regionda həyata keçirilən enerji layihələrindən danışıb: "Neftin qiymətinin düşməsinin Azərbaycana təsirlərindən danışarkən ölkənin qlobal bazarda iştirakı, "Transxəzər" layihəsində tutduğu yer və s nəzərə alınmalıdır. Neft baha olanda Qazaxıstan, Türkmənistan neftinin Azərbaycan vasitəsilə ötürülməsi daha sərfəli idi. Lakin neft ucuzlaşdığı bir vaxtda limanın böyüdülməsi iqtisadi cəhətdən rentabellilik məsələsini gündəmə gətirir. Neftin dünyada qiymətinin aşağı düşməsinin Azərbaycana çox şaxəli təsiri olacaq. Təkcə Azərbaycana deyil, "Transxəzər" əməkdaşlığı çərçivəsində iştirak edən ölkələrə, regionda enerji əməkdaşlığı davam etdirən təsir gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB