Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) Mərkəzi Bank yanında Azərbaycan İpoteka Fondunun (AİF) istiqraz emissiyasını qeydə alıb. SİA-nın Komitəyə istinadən yaydığı məlumata görə, hərraca hər birinin nominal dəyəri 1000 manat olan 50 000 istiqrazın çıxarılması nəzərdə tutulub. İstiqrazlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək. QKDK "FinansLizinq" ASC-nin də istiqraz emissiyasını qeydə alıb. Hərraca hər birinin nominal dəyəri 500 manat olan 1450 istiqrazın çıxarılması nəzərdə tutulub. İstiqrazlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək.
Bundan başqa, QKDK "FİNOKO" - bank olmayan kredit təşkilatının (BOKT) istiqraz emissiyasını qeydə alıb. Hərraca hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 750 istiqrazın çıxarılması nəzərdə tutulub. İstiqrazlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB