2015-ci ildə Azərbaycanda inflyasiya 2-3% təşkil edəcək. SİA-nın məlumatına görə, bu barədə Mərkəzi Bankın 2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə yaydığı bəyanatında deyilir.
Qeyd olunur ki, 2015-ci ildə səlahiyyətləri çərçivəsində qiymət sabitliyinin təmin edilməsi Mərkəzi Bankın pul siyasətinin əsas məqsədini təşkil edəcək. Bankın bəyanatında inflyasiyanın aşağı səviyyədə qalmasının gözlənildiyi deyilir: "Son qlobal və daxili iqtisadi meyilləri nəzərə alaraq, orta müddətli perspektivdə inflyasiyanın aşağı səviyyədə qalması gözlənilir. Növbəti ildə inflyasiya 2-3% səviyyəsində hədəflənir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB