Süleyman Qasımov: “Benzinin qiymətinə dəyişiklik edilməsinə ehtiyac yoxdur” Açıqlama
"Vəsait gəlir vergisinin ödənilməsinə yönəldilir. Bundan başqa, SOCAR qonşu dövlətlərlə neft və neft məhsullarının qiymətini müqayisə edib". SİA-nın məlumatına görə, bu sözləri SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov jurnalistlərə neftin ucuzlaşmasına baxmayaraq ölkə daxilində benzinin ucuzlaşmaması ilə bağlı verdiyi açıqlamasında deyib. O vurğulayıb ki, Tarif Şurası tərəfindən yerli istehsal olan "Aİ-92" markalı benzinin qiyməti tənzimlənir. Ölkə daxilində pərakəndə həyata keçirilən benzinin satışından az gəlir əldə olunur: "Bu vəsait də gəlir vergisinin ödənilməsinə yönəldilir. Bundan başqa, SOCAR qonşu dövlətlərlə neft və neft məhsullarının qiymətini müqayisə edib. Bu qiymətlərin içində vergilərin həcmi müəyyən edilib. Məlum oldu ki, Azərbaycanda neft məhsullarının qiyməti daha aşağıdır, vergilər həcmi isə daha yuxarıdır. Bütün bunları nəzərə alaraq, məlum olur ki, benzinin qiymətinə hər hansı bir dəyişikliyin edilməsinə ehtiyac yaranmır".
ARDNŞ rəsmisi ölkədə valyutanın qiymətdən düşməsinə də fikir bildirib və əlavə edib ki, yanacağın qiymətinə də baxıla bilər: "Ölkə daxilində manatın qiymətdən düşməsində heç bir problem yoxdur, camaatın aldığı maaşda heç bir dəyişiklik yoxdur. Təbii, dövlət sabah qərar qəbul etsə ki, yanacağın qiymətinə baxılsın, bu halda bu qiymətlərə baxıla bilər".
S.Qasımov yerli istehsal olan "Aİ-95" və "Aİ-98" markalı benzinin qiymətinə də toxunub: "Bu markadan olan benzini bəzi şirkətlər gətirir. Bu baxımdan ölkəyə gətirilən benzinin də öz xərcləri var. Burada da bu yanacağın ölkəyə gətirilməsinin maya dəyəri nəzərə alınmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB