“Excelsior Hotel Baku” otelində tələbələr üçün infotur keçirilib
2014-cü il dekabrın 10-da "Excelsior Hotel Baku" otelində Azərbaycan Turizm İnstitutunun tələbələri üçün infotur keçirilib. SİA-ya verilən məlumata görə, infoturun gedişində turizm sahəsinin gələcək işçiləri otellə tanış olmuş, otaqlara, konfrans zallarına, biznes mərkəzlərinə, restoranlara, "Aura" sağlamlıq mərkəzinə, idman meydançalarına, yaxınlıqdakı ərazidə yerləşən kortlara və hovuzlara baxıblar.
İnfotur zamanı otelin ərzaq və içkilər üzrə meneceri Mehmet Ayan tələbələrlə beşulduzlu otelin idarə edilməsi haqqında məlumatlarla və iş təcrübəsi ilə bölüşmüşdür. Tələbələr böyük maraqla onları mehmanxana biznesi barədə maraqlandıran suallara cavabları dinləyiblər. Mehmet Ayan xüsusi olaraq qeyd etmişdir ki, uğurun zəmini hər şeydən əvvəl, qonaqlara yüksək keyfiyyətli xidmət göstərilməsi, beynəlxalq standartlara uyğun xidmət təqdim edilməsidir. Oteldə yüksək xidmət keyfiyyətinin saxlanması "Excelsior Hotel Baku" otelində beynəlxalq rəsmi nümayəndəliklərin tərkibində yüksək səviyyəli qonaqların müntəzəm gəlməsini nümayiş etdirir.
Marketinqə gəldikdə, məlumat verilib ki, turistlərin rahatlığı üçün oteldə qonaqların rahat avtonəqliyyat vasitəsilə şəhərin mərkəzinə və əksinə çatdırılması imkanı vardır. Bütün bunlarla yanaşı, "Excelsior Hotel Baku" oteli, həmçinin, paytaxt sakinləri üçün toy mərasimləri və uşaq şənlikləri kimi müxtəlif tədbirlər təşkil edir. O cümlədən, "AtaHoldinq" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Dilarə Zamanova bildirib ki, 2014-cü il dekabrın 20-də və 21-də "Excelsior Hotel Baku" otelinin "Afurca" zalında uşaqlar üçün Yeni il şənliyinin bayram edilməsi baş tutacaq. Uşaqlar al-əlvan bəzədilmiş yolkanın ətrafında nağıl qəhrəmanları ilə görüşəcək, Şaxta Babadan Yeni il hədiyyələrini alacaqlar.
Qeyd edək ki, "Excelsior Hotel Baku" oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. Otel 1 "İmperial" – lüks, "Royal"- lüks, 4 "Crown"-lüks, 45 "Heritage"- delüks, 9 "Düke" standart otaqlarından, konfrans zallarından, biznes mərkəzlərindən, restoranlardan, "Aura" sağlamlıq mərkəzindən və s. ibarətdir.
Aksiya "AtaHoldinq" ASC-nin Korporativ Sosial Məsuliyyəti çərçivəsində təşkil olunub.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB