BP Azərbaycanda iş yerlərini ixtisar edəcək

BP Azərbaycanda iş yerlərini ixtisar edəcək

Azərbaycanda iri neft-qaz layihələrinin iştirakçısı olan Britaniyanın BP şirkəti 2015-ci ildə iş yerlərinin məcburi ixtisarı ilə əlaqədar bir milyard dollar vəsait sərf edəcək. SİA bu barədə "Guardian" BP-nin icraçı direktoru Bob Dadliyə istinadən xəbər verir.

İxtisarların BP-nin ABŞ, Azərbaycan və Almaniya nümayəndəliklərində aparılacağını qeyd edən Dadli bildirib ki, ixtisarların özüllərdə çalışan əməkdaşlara şamil edilməsi ehtimalı azdır.

Bütün xəbərlər Facebook səhifəmizdə