Vahid Əhmədov: “Azərbaycanda özəlləşdirmə faktiki olaraq başa çatıb” Açıqlama
"Dövlət başçısının sərəncamı ilə 1 ildir ki, özəlləşdirmə çekləri artıq fəaliyyət göstərmir. Özəlləşdirmə Azərbaycanda faktiki olaraq başa çatıb. Əsas obyektlər özəlləşdirilib". Bu sözləri SİA-ya özəlləşdirmə çeklərinin istifadəsi və obyektlərin özəlləşdirilməsinin vəziyyət ilə bağlı açıqlama verən Milli Məclisin İqtisadiyyat komitəsinin üzvü, deputat Vahid Əhmədov deyib.
Onun sözlərinə görə, artıq ölkədə xırda obyektlərin özəlləşdirilməsi prosesi başlayıb: "İndi isə, xırda obyektlər, müəyyən rabitə informasiya texnologiyaları sahəsində olan obyektlərin özəlləşdirilməsi prosesi gedir. Yəni, artıq özəlləşdirmə çekləri dövriyyədən çıxarılıb, faktiki olaraq çeklər fəaliyyət göstərmir. Özəlləşdirmə çeklərinin vaxtı qurtarmış olsa da, cənab prezidentin sərəncamı ilə uzadılmışdı. Artıq 1 ildir ki, çeklərin istifadə müddəti tamam qurtarıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB