Azərbaycanda qiymətli kağızlar bazarı genişlənir

Azərbaycanda qiymətli kağızlar bazarı genişlənir

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən "Corporate Trast Eycensi" MMC-yə depozitar və qiymətli kağızların sahiblərinin reyestrinin aparılması üzrə fəaliyyətlə məşğul olmaq üçün 5 il müddətinə lisenziyalar verilib. SİA-nın komitənin yaydığı məlumata istinadən verdiyi xəbərə görə, hazırda qiymətli kağızlar bazarında 14 broker, 14 diler fəaliyyəti, 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 3 depozitar, 1 fond birjası, 2 klirinq və 3 aktivlərin idarə olunması təşkilatının xüsusi razılıqları (lisenziyalar) qüvvədədir.

"Corporate Trust Agency" MMC Azərbaycanda qiymətli kağız sahiblərinin reyestrinin aparılması lisenziyasını alan sayca ikinci və depozitar fəaliyyət hüququ əldə edən sayca üçüncü təşkilatdır.

Bütün xəbərlər Facebook səhifəmizdə