“G-20”yə sədrlik Türkiyənin dünya iqtisadiyyatının inkişafına təsirini artıracaq
Türkiyənin bir il ərzində "G-20"yə sədrlik etməsi bu ölkənin dünya iqtisadiyyatının inkişafına təsirini artıracaq. Ekspertlər hesab edirlər ki, Türkiyənin bu beynəlxalq forumun fəaliyyəti ilə bağlı təqdim edəcəyi "yol xəritəsi" dünyada iqtisadi böhranın aradan qaldırılması, işsizlik kimi problemlərin həlli məsələlərinə böyük töhfə olacaq. Bundan başqa, "G-20"yə sədrlik Türkiyənin foruma üzv ölkələrlə daha sıx əlaqələr qurmasına da geniş imkan yaradacaq.
Sabir Şahtaxtı, AzərTAc
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB