Seymur Əliyev: “Heydər Əliyev Ermənistanın bu layihədə iştirakına imkan vermədi”

Seymur Əliyev: “Heydər Əliyev Ermənistanın bu layihədə iştirakına imkan vermədi”

Azərbaycanın dünyaya inteqrasiyasında nəqliyyat, kommunikasiya və tranzit məsələləri olduqca önəmli xarakter daşıyır. Hələ Ümumilli Lider Heydər Əliyev hakimiyyətə gəldiyi dövrdə mövcud qarışıq iqtisadi vəziyyəti düzəltmək üçün Azərbaycanın tranzit potensialından istifadənin artırılması istiqamətində mühüm işlər həyata keçirdi. Bu məqsədlə 1998–ci ildə Böyük İpək Yolunun bərbası ilə bağlı Bakıda beynəlxalq konfrans keçirildi. Əsas məqsəd də şərqlə qərb arasında nəqliyyat dəhlizinin formalaşmasında Azərbaycanın tranzit ölkə kimi iştirakını inkişaf etdirmək idi". Bunu SİA-ya açıqlamsında iqtisadçı-ekspert Seymur Əliyev deyib.

Onun sözlərinə görə, hazırda bu layihə tranzit daşınmaların reallaşdırılmasında əlverişli rola malikdir: Layihə ilk növbədə Azərbaycanın öz tranzit potensialından istifadə etməsinə şərait yaratdı. Bu ölkəmizin geosiyasi stategiyasına da böyük töhfə vermiş oldu. Həmçinin, bu layihə region ölkələr arasında əməkdaşlığın daha da genişlənməsinə köməklik göstərdi. Azərbaycan şərqlə qərbi birləşdirən nəqliyyat dəhlizində Trans-Avropa şəbəkəsinə inteqrasiya etdi. Bütün bunlarla yanaşı, MDB məkanında nəqliyyat sahəsində müvafiq strategiyalar tətbiq olunmağa başladı ki, Azərbaycan da bu strategiyanın tətbiqində mühüm fiqurlardan birinə çevrildi. Nəzərə alsaq ki, Azərbaycan enerji ölkəsidir, həm neft, həm də qeyri-neft sektorunun resurslarının ixracında da bu tranzit yolu əlverişliliyi ilə də Azərbaycan iqtisadiyyatına təsirsiz qalmadı. Onu da qeyd etmək lazımdır ki, Böyük İpək yolunun bərpası ilə bağlı 1998-ci ildə Bakıda keçirilən konfransda saziş imzalanan zaman Heydər Əliyevin təkidi ilə həmin sazişə düzəliş edildi. Bu düəlişlə Ermənistanın tranzit youlundan istifadəsinin mümükünlüyünün qarşısını alındı. Bununla da iqtisadi təhlükəsizliyə təminat yarandı".

Bütün xəbərlər Facebook səhifəmizdə