Bank VTB (Azərbaycan) günəş enerjisinin istehsalı üçün nəzərdə tutulan avadanlıqların alınması üzrə bir sıra iri Hindistan şirkətləri ilə danışıqlar aparıb. Günəş panelləri şəxsi istifadə üçün nəzərdə tutulub və alternativ enerji mənbəyi kimi yaşayış evlərində quraşdırıla bilər. Danışıqlar nəticəsində razılıq əldə edilib ki, Bank VTB (Azərbaycan) günəş panellərini almaq arzusunda olan əhalini istehlak kreditləri çərçivəsində maliyyələşdirəcək.
"Hindistanda hər bir ev günəş enerjisini istehsal edən avadanlıqla təchiz olunub. Azərbaycanda ildə ən azı 300 günəşli gün olduğu halda, belə ekoloji enerji mənbəyindən istifadə etməmək düzgün olmazdı. Hindistan şirkətlərinin təklif etdiyi sadə və keyfiyyətli avadanlıqların qiyməti 1500 dollardır. Lakin ənənəvi enerjinin sərfiyyatının azaldılması, ailə büdcəsinə qənaət və təbii resursların qorunması baxımdan belə avadanlıqlardan istifadə son dərəcə sərfəlidir" - deyə, bank VTB (Azərbaycan)-ın sədri Yuri Yakovlev bildirib.
Hazırda layihə AR Enerji Nazirliyi ilə də müzakirə olunur. Layihə maraq doğurduğu və ölkənin müvafiq strukturlar tərəfindən dəstəkləndiyi təqdirdə, bank VTB (Azərbaycan) avadanlıqların alınmasına birillik istehlak kreditləri ayırmağı nəzərdə tutur.
Qeyd edək ki, Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və "AtaHolding" ASC-dir. Bank VTB (Azərbaycan) ASC əsasən korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə xidmət göstərir. Bu gün bank 13 filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB