Samir Şərifov: "Bələdiyyələrin maliyyə təminatı yaxşılaşacaq"

Samir Şərifov: "Bələdiyyələrin maliyyə təminatı yaxşılaşacaq"

"2014- cü ilin dövlət büdcəsindən ayrılan vəsaitin 10 faizi bölüşdürülməmiş qalıb. Bunun tam məbləğdə partiyalar arasında bölüşüdürülməsini nəzərdə tutulub". SİA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, yaxın vaxtlarda bununla bağlı qanun layihəsi parlamentə təqdim olacaq: "Qeyri-hökumət təşkilatlarına ayrılan vəsait ötən illə müqayisədə 50 faiz artıb. Millət vəkillərinin fikirlərini əsas götürərək əlavə 600 min manat artırılması təklifini hökumət qəbul edir. Bu da QHT-lərin fəaliyyətinə olan qayğının təzahürü kimidir".

Nazir bildirib ki, bir neçə ilə ərzində bələdiyylərə ayrılan vəsaitin icrası qənaətbəxş deyil: "Maksimal icra faizi 89 təşklil edib. Bələdiyyələrin gəlirləri əsasən əmlakların özəlləşdirilməsi, icarəyə verilməsi idi. Hökumət hesab edir ki, bələdiyyələrə dövlət büdcəsindən maliyyə yardımı ayrılmalı deyil. Bələdiyyələrə daha yaxşı imkanlar yaradılmalıdır ki gəlir əldə etsinlər. Bununla da bələdiyyələrin maliyyə təminatı yaxşılaşacaq".

S. Şərifov qeyd edib ki, hökumət Milli Məclisin xərclərini nəzərə alaraq, əlavə 450 min manat vəsaitin artırılmasını məqsədəuyğun hesab edir və parlamentin xərclər smetası artıralaraq 23 milyon 807 milyon manata çatdırılacaq.

Nazirin sözlərinə görə, millət vəkillərinin elm xərclərinin artırılması ilə bağlı təklifləri nəzərə alınaraq bu məbləğin 8 milyon manat artırılması məqbul hesab olunub: "Artım baş verdikdə bu elmə ayrılan vəsait 150,5 milyon manat təşkil edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə