Neftin qiyməti yenə düşə bilər

Vyanada keçirilən konfransda Rusiya, Venesuela, Meksika və Səudiyyə Ərəbistanı neft hasilatının azaldılması barədə razılığa gələ bilməyiblər. SİA-nın məlumatına görə, konfransda sadəcə neft bazarında vəziyyətin monitorinqi barədə qəbul olunub. İştirakçıların fikrincə, belə qərar OPEK-in zirvə toplantısında qəbul edilməlidir.

Qeyd edək ki, neft konfransı noyabrın 21-dən 25-dək - OPEK-in Vyanada keçiriləcək sammitinə 2 gün qalmışadək keçirilir. Noyabrın 27-də OPEK neftin qiymətinin düşməsinin qarşısını amaq üçün hasilatın azaldılıb –azaldılmayacağı haqda qərar verəcək. Bu gün dünya birjalarında "Brent" markalı neftin dəyəri 1,6% azalaraq barelli 78,41 dollara düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə