Mobil rabitənin keyfiyyətinin yoxlanılması üçün monitorinqlər keçiriləcək
Bakıda şəhərin mərkəzi keçələrində, parklarda, qəsəbələrdə bir neçə istiqamətdə mobil rabitənin keyfiyyəti ilə bağlı araşdırmalar aparıldı. Hər bir mobil operatorda internetdə olan kəsilmələr, mesajların gec çatması ilə bağlı müəyyən qüsurlar aşkar olundu. Bununla bağlı hər bir mobil operatora xəbərdarlıq etdik. Artıq mobil rabitənin keyfiyyətinin yoxlanılması üçün testlərin keçirilir". SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov bildirib.
Onun sözlərinə görə, yaxın vaxtlarda mobil rabitənin keyfiyyətinin yoxlanılması üçün geniş monitorinqlər keçiriləcək: "İndi sadəcə testlər keçirilir. Tam olaraq mobil rabitənin keyfiyyətinin yoxlanılması üçün monitorinqlərin keçirildikdən sonra problemlərin həlli istiqamətlərində addımlar atılacaq. Bu işlə məşğul olan Amerika şirkəti ilə iş birliyinə başlanılıb, danışıqlar gedir. Danışıqlardan sonra məlum olacaq ki, həmin şirkətlə müqavilə bağlansın və gələcəkdə də araşdırmalar onlar tərəfindən davam etdirilsin və ya texniki vasitələri alıb zərurət yarandıqda ölkəmizdə prosesi özümüz həyata keçirək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB