Londonda Avropa Qaz Konfransı keçirilib

Londonda Avropa Qaz Konfransı keçirilib

Londonda ənənəvi Avropa Qaz Konfransı keçirilib. Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) SİA-ya verilən məlumata görə, konfransda BP, "Total", "ENİ", "Gazprom", "BG Group", eləcə də Avropanın başqa aparıcı neft və qaz şirkətlərinin, maliyyə və audit qurumlarının nümayəndələri iştirak ediblər.

Konfransda çıxış edən ARDNŞ-nin Böyük Britaniya Nümayəndəliyinin rəhbəri Rüfət Əfəndiyev Azərbaycan qazının Avropa bazarlarına fasiləsiz və etibarlı nəql edilməsi məqsədi daşıyan Cənub Qaz Dəhlizi layihəsi barədə ətraflı məlumat verib. O, "Şahdəniz-2", Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, TANAP və TAP layihələrinin əhəmiyyətindən danışıb.

R. Əfəndiyev gələcəkdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində daha vacib rol oynayacağına əminliyini ifadə edib, konfrans iştirakçılarının suallarını cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə