Dağ-xizək komplekslərimiz markalarda əksini tapıb FOTO

Dağ-xizək komplekslərimiz markalarda əksini tapıb FOTO

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) "Azərmarka" şirkəti təqdim etdiyi poçt markalarının sırasına yenilərini əlavə edib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, şirkət bu dəfə qış idman növlərinə dair iki marka çap etdirib.

Markaların birinin üzərində Qəbələ "Tufan" dağ xizəyi kurortunda snouborder və digərində isə Qusar "Şahdağ" dağ-xizək kurortunda dağ xizəkçisi təsvir edilib.

Markaların hər birinin nominal dəyəri 50 qəpik təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə