Vahid Əhmədov: “Sənaye məhəllələrinin yaradılması sənayenin inkişafına təsir edəcək”
"2014-cü ilin sənaye ili elan olunması ilə əlaqədar xüsusi olaraq regionlarda sənaye, kənd təsərrüfatı emalı müəssisələri açılıb. Bu yaxınlarda Ölkə Başçısı İlham Əliyev rayonlara səfəri zamanı bu müəssisələrin açılışında da iştirak edib". Bunu SİA-ya açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.
Onun sözlərinə görə, sənaye müəssisələrinin inkişaf etdirilməsinin əsas amillərindən biri də cənab Prezidentin imzaladığı fərman olub: "Sənaye məhəllələrinin yaradılması ilə bağlı verilən bu fərmanda rayonlarda, xüsusilə mərkəzdən kənarda yerləşən bölgələrin sənayesinin inkişafı nəzərdə tutulub. Bu məhəllələrin yaradılmasının sənayenin inkişafına əhəmiyyətli təsiri olacaq. Beləliklə, sahibkarlar heç bir vəsait xərcləmədən hazır dövlət tərəfindən təmin edilən sahəni icarəyə götürüb işlədəcəklər. Artıq son illərdə ölkədə sənaye ilə bağlı bir sıra əhəmiyyətli addımlar atılıb. Sumqayıtda texno park açılılıb, Balaxanıda zavod istifadəyə verilib, Gəncə zonasında komplekslərin inkişafı ilə bağlı hələ də işlər davam edir. Ümumilikdə Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün sənaye sahələrinə xüsusi diqqət verilir. Fikirləşirəm ki, bu proses daha da aktiv aparılmalıdır. Buna görə də sənaye məhəllələrinin yaradılmasında pilot layihə kimi Neftçala rayonu irəli sürüləndə, mən təklif etdim ki, bu layihə bütün rayonlara aid edilsin. Dövlət büdcəsi müzakirə olunanda da bu məsələyə toxunulacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB