“AtaBank” sentyabr ayının maliyyə nəticələrini açıqladı

“AtaBank” sentyabr ayının maliyyə nəticələrini açıqladı

"AtaBank" ASC-nin 2014-cü ilin sentyabr ayının maliyyə nəticələri uğurlu olub. Belə ki, 2013-ci ilin sonu ilə müqayisədə aktivlər 22,3 % və ya 83,8 mln. manat artaraq 458,7 mln. manat olub. Aktivlərin əsas hissəsini təşkil edən kredit portfelində də əhəmiyyətli dərəcədə artım olub. Ümumi kredit portfeli 39,1% və ya 94,4 mln. manat artaraq 336,1 mln. manat təşkil edib. Hesabat tarixinə bankın depozit portfelində nəzərə çarpacaq dərəcədə artım müşahidə olunub. Belə ki, bu göstərici 31,6% və ya 77 mln. manat artaraq, 321,1 mln. manat təşkil edib.

Qeyd edək ki, 2013-ci ilin sonunda bu göstərici 244,1 mln. manat təşkil edib.

2013-ci ilin sonu ilə müqayisədə nizamnamə kapitalı 18,7 % və ya 7,0 mln. manat artaraq 44,5 mln. manat olub.

Ölkə iqtisadiyyatının inkişafına daim dəstək olan "AtaBank" ASC cari ildə real sektorun maliyyələşdirilməsini prioritet istiqamət olaraq seçilib. Bunun nəticəsidir ki, 2014-cü ilin III rübünün sonuna hüquqi şəxslərə verilmiş kreditlərin həcmi 199,1 mln. manat təşkil edib. Qeyd etmək lazımdır ki, hazırda bankın kredit portfelində hüquqi şəxslərin xüsusi çəkisi 59,2% təşkil edir. Bu isə 2013-cü ilin sonu ilə müqayisədə 29,0% artım deməkdir.

Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" hazırda 25 filialla ölkə əhalisinin xidmətindədir. Bankın filiallarından 12-i Bakı şəhərində, 13-i isə ölkənin Gəncə, Sumqayıt, Xaçmaz, Yevlax, Mingəçevir, Şəmkir, Göyçay, Şirvan, Naftalan və Lənkəran şəhərlərində yerləşir.

Daha ətraflı məlumat üçün www.atabank.com saytına və ya www.facebook.com/atabank səhifəsinə daxil olmaq olar.

Bütün xəbərlər Facebook səhifəmizdə