Əli Əlirzayev: “Alınan malın geri qaytarılması düzgün deyil” Açıqlama

Əli Əlirzayev: “Alınan malın geri qaytarılması düzgün deyil” Açıqlama

"Aydın məsələdir ki, istənilən malın üzərində alınan mal geri qaytarılmır yazılır. Onun keyfiyyətini heçnə ilə yoxlamaq olmaz. Onu istehlak etməli, yəni geyməlisən ki ondan sonra qaytara biləsən". Bu sözləri SİA-ya açıqlamasında ekspert Əli Əlirzayev deyib.

Onun sözlərinə görə, alınan malların keyfiyyəti yerində yoxlanılmalıdır: "Buna səbəb satıcının da burada ziyan görməməsidir. Əgər malın üzərində yazılırsa ki, alınan mal geri qaytarılmır, onda onu qaytarmaq mümkün deyil. Ona görə də, malı alanda ona baxmaq lazımdır. İstehlakçının hüququna gəldikdə isə, o, malı alıb aparır evdə geyib gətirir, sonra deyir ki mənə yaraşmır, buna hüquq demək olmaz. Çünki bu zaman malın keyfiyyəti pozulur. Ona görə də, malı alanda satıcılar üzərinə yazır ki, mal geri qaytarılmır. Bu hal dərmanlarda da görülməkdədir. Çünki dərmanın keyfiyyəti və tərkibi dəyişilə bilər. Müştəri malı aldığı zaman onun keyfiyyətini elə orada da yoxlamalıdır ki, bir də geri qaytarmasın".

Əli Əlirzayev alınan malların keyfiyyəti istehlakçını qane etdiyi təqdirdə almağı tövsiyə edib:"İstehlakçı malı alanda aldığı malın keyfiyyətinin ona uyğun gəldiyinə baxmalıdır. Malı qaytardıqdan sonra satıcı onu başqasına sata bilməz axı. Bütün bunlar əlbəttə ki, qanunla da tənzimlənməlidir. Elə mallar var ki, onlara müəyyən vaxt verilir. Məsələn: radio, televizor, soyuducu və s. kimi mallara zəmanət verilir. Əgər onlardan istifadədə problem olarsa və ya zavodda yaxşı istehsal olunmayıbsa, zəmanətə görə geri qaytarılmalıdı və ya yenidən təmir olunmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə