Heydər Əsədov Sabirabadda 4 rayonun vətəndaşlarını qəbul edib

Heydər Əsədov Sabirabadda 4 rayonun vətəndaşlarını qəbul edib

Kənd təsərrüfat naziri Heydər Əsədov bu gün Sabirabad şəhərində Saatlı, İmişli, Hacıqabul və Sabirabad rayonlarından olan vətəndaşları qəbul edib. Qəbula gəlmiş vətəndaşların müraciətlərinin əksəriyyəti Mil-Muğan ərazisində suvarma sistemində yaranmış problemlər, subsidiyaların miqdarı, kənd təsərrüfatı texnikasının güzəştli kreditlər hesabına alınması, toxumçuluğun inkişaf etdirilməsi, heyvanlar arasında yaranmış xəstəliklər və işlə təmin edilmə ilə bağlı olub.

Qəbul zamanı vətəndaşları narahat edən bir çox məsələlər yerindəcə həll olunub, digər müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınaraq nəzarətə götürülüb.

Qəbul başa çatdıqdan sonra Heydər Əsədov Sabirabadda 1200 şagird yerlik M.Ə.Sabir adına 1 nömrəli tam orta məktəb, Heydər Əliyev Mərkəzi, zona baytarlıq idarəsi ilə tanış olub. Daha sonra nazir Saatlı rayonunda yeni inşa olunan Ərazi Kənd Təsərrüfatı İdarəsinin inzibati binasına baxış keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə