Mənzil şəraitinin yaxşılaşdırılmasına 250 milyon manata yaxın vəsait ayrılacaq AÇIQLAMA

Mənzil şəraitinin yaxşılaşdırılmasına 250 milyon manata yaxın vəsait ayrılacaq AÇIQLAMA

"2015-ci ilin dövlət büdcəsində sosial yönümlü xərclərin artırılması nəzərdə tutulub. Bu da vətəndaşların sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına imkan verəcək". Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, sosial proqram olaraq ipoteka fondunun maliyyələşdirilməsi üçün ayrılmış vəsaitin həcmində kifayət qədər ciddi artım müşahidə olunur: "2014-cü ildə bu sahəyə 40 milyon manat ayrılmışdısa, artıq 2015-ci ilin büdcə layihəsində bu rəqəm 25% artırılaraq 50 milyon manat təşkil edəcək. Faktiki olaraq, vətəndaşlar 2015-ci ilin dövlət büdcəsi hesabına 50 milyon manatlıq sosial ipoteka kreditlərindən, ipoteka fondunun iqtisadi istiqrazlarının yerləşdirilməsi hesabına təxminən 80 milyon manatdan artıq kreditlərdən, respublika banklarının 90 milyon manata yaxın kommersiya ipotekalarından faydalanma imkanlarına malik olacaq. Bu da yenidən maliyyələşdirməni nəzərə alaraq 2015-ci ildə ipoteka proqramı çərçivəsində dövlət büdcəsi və digər mənbələrlə birlikdə 250 milyon manata yaxın vəsaitin vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması üçün ayrılacağından xəbər verir".

Bütün xəbərlər Facebook səhifəmizdə