“İpoteka kreditlərinə 50 milyon manatın ayrılması çox əhəmiyyətlidir”

“İpoteka kreditlərinə 50 milyon manatın ayrılması çox əhəmiyyətlidir”

"2015-ci ilin dövlət büdcəsində ipoteka kreditlərinə 50 milyon manatın ayrılması əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması baxımından çox əhəmiyyətlidir". Bunu SİA-ya açıqlamasında İqtisadi Resursların Öyrənilməsi Mərkəzi İctimai Birliyinin sədri Ruslan Atakişiyev deyib.

İqtisadçı bildirib ki, bu kreditlər əsasən sosial baxımdan qiymətləndirilərək həyat şəraitinin yaxşılaşdırılması məsələsinə yönəlib: "Gənclər və İdman Nazirliyi, digər müvafiq qurumlar da gənc ailələrin həyat şəraitini yaxşılaşdırmaq üçün ipoteka kreditlərinin həcminin artırılması məsələsi ilə bağlı təkliflər verilmişdi. Qeyd etmək lazımdır ki, ayrılan ipoteka kreditləri əsasən dövlət qarşısında böyük xidmət göstərmiş təhsil, elm, hərb sahəsində, xüsusilə dövlət qulluğu sahəsində çalışan şəxslərin bu kimi vəsaitə əlçatanlığının təmin olunması üçün nəzərdə tutulur. Düşünürəm ki, gələcək dövr üçün sosial yönümlü ipoteka kreditlərinin faiz dərəcəsi daha da aşağı salınmalıdır. Qeyd etmək istərdim ki, bu gün İtaliyada ipoteka kreditləri illik 1,5 %-lə verilir. Azərbaycanda da bu cür təcrübələrdən istifadə olunsa müsbət nəticələrin əldə olunmasına təkan vermiş olar".

Bütün xəbərlər Facebook səhifəmizdə