4-cü Qapı küçəsində işlər davam edir FOTO

4-cü Qapı küçəsində işlər davam edir FOTO

"Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 12-ci km-i Binəqədi şossesi ilə birləşdirən 4-cü Qapı küçəsində işlər davam etdirilir". Bu barədə SİA-ya Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, uzunluğu 7 km, mövcud eni 9 m olan küçə 13 m-ə qədər genişləndirilir: "Vaxtilə yol örtüyünün dağılmasına səbəb olan sağ və sol hissələrdə yerləşən çirkab su kanalları təmizlənir, dəmir-beton təhnələr və kanalizasiya boruları qoyulmaqla yolun profilindən kənarlaşdırılır. Paralel olaraq neftlə çirklənmiş torpaq yatağı çıxarılır, 1,5-2 m dərinliyində yenidən inert materialları ilə dolduralaraq kipləşdirilir. Bundan əlavə asfalt-beton örtüyünün frez mexanizmi vasitəsilə qaşınaraq çıxarılması, səki daşlarının qoyulması və yeni kommunikasiya xətlərinin çəkilməsi işləri gedir".

Bütün xəbərlər Facebook səhifəmizdə