"Paytaxtın Babək prospekti ilə Telnov küçəsinin kəsişməsində tikilən yeni yeraltı piyada keçidinin tikintisi başa çatmaq üzrədir". Bu barədə SİA-ya Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.
Onun sözlərinə görə, keçiddə son tamamlanma işləri aparılır və artıq əsas işlər yekunlaşıb: "Hazırda tavan hissəsinin rənglənməsi, işıqlandırma sisteminin və məhəccərlərin quraşdırılması işləri gedir. Keçidin uzunluğu 88, eni 8, hündürlüyü 3 metrdir. İki giriş- çıxışı olacaq keçiddə əlil arabalarının hərəkəti üçün xüsusi yer, müasir işıqlanırma, qrunt sularının kənarlaşdırılması üçün nasosxana nəzərdə tutulub. Oktyabr ayının sonuna kimi bütün işlər yekunlaşacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB