Göyçay rayonunun xurma bağlarında məhsul yığımına başlanılıb. Rayon icra hakimiyyətindən bildiriblər ki, bu il bağlarda bol məhsul yetişdirilib. Məhsulun vaxtında və itkisiz yığılması üçün bütün qüvvələr səfərbər edilib. Hazırda rayonda 780 hektar sahədə barverən xurma bağı var. Yığılan məhsulun 60-70 faizi Rusiya bazarlarına göndərilir. İş adamları məhsulun qalan hissəsini isə qış aylarına saxlamaq üçün Göyçayın Potu kəndindəki 700 və Ərəbcəbirli kəndindəki 1000 tonluq soyuducu anbarlara yerləşdirirlər.
Qeyd edək ki, göyçaylı fermerlər son illər xurma bağlarını xeyli genişləndiriblər. Cari ilin yazında rayonda 25 hektar sahədə yeni xurma bağları salınıb. Payız aylarında isə daha 15 hektar sahədə yeni bağın salınması nəzərdə tutulur. Mütəxəssislər rayonda bu sahənin sürətlə inkişafının səbəbini məhsulun yerli və xarici bazarlara çıxarılması üçün lazımi şəraitin yaradılması və meyvənin saxlanılması üçün Göyçayda soyuducu anbar komplekslərinin fəaliyyət göstərməsi ilə əlaqələndirirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB