Regionlarda sahibkarların maarifləndirilməsi prosesi davam edir

Regionlarda sahibkarların maarifləndirilməsi prosesi davam edir

Bu gün Masallı rayonunun Mahmudavar kəndində İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib. SİA-nın məlumatına görə, Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları ilə bağlı ətraflı məlumatlandırma aparılıb. Logistika, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə mövzuları əhatə edən treninqdə Avropa İttifaqına ixrac imkanları və bu sahədə mövcud qanunvericilik, logistikanın növləri, logistik idarəetmə, logistik mərkəzlərin yaradılması və s. barədə geniş məlumat verilib.

Bundan başqa, tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az və www.b2b.az elektron portalları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, həmçinin investisiya layihələrinin qəbulu və maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Treninq çərçivəsində tematik mövzular üzrə təqdimatlar keçirilib. İştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb. İştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə