"Fonda 200 milyard dollara yaxın vəsaitin daxil olması gözlənilir" AÇIQLAMA
"Azərbaycan Dövlət Neft Fonduna 200 milyard dollara yaxın vəsaitin daxil olması gözlənilir". SİA-nın xəbərinə görə, bu barədə Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov jurnalistlərə verdiyi açıqlamasında deyib. O bildirib ki, ötən dövr ərzində Fonda 105 milyard dollardan çox vəsait daxil olub:" Hazırda Fonda 37 milyard dollardan çox vəsait var. İndiyə qədər Neft Fondunun vəsaitləri qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, Bakı-Tbilisi Ceyhan Əsas İxrac Neft Boru Kəmərində Azərbaycanın payının maliyyələşdirilməsinə, Bakı-Tbilisi-Qars dəmir yolunun maliyyələşdirilməsinə, Oğuz-Qəbələ su kəmərinin, Taxtakörpü su anbarının tikintisinə, Samur-Abşeron kanalının yenidən qurulmasına, tələbələrin xarici ölkələrin universitetlərində oxumasına yönəldilib".
Ş. Mövsümov bu gün təməli qoyulan Cənub Qaz Dəhlizinin maliyyələşdirilməsinin Neft Fondunun vəsaiti hesabına həyata keçiriləcəyini qeyd edib: "Bu maliyyələşdirmə həm Azərbaycanın dövlət payının maliyyələşdirilməsi, həm də ARDNŞ-in Nizamnamə kapitalının artırılması ilə həyata keçiriləcək. Biz əminik ki, bu vəsaitlər səmərəli istifadə olunacaq, Cənub Qaz Dəhlizi işə salınacaq və bu vəsaitlər əldə olunan gəlirlər hesabına Neft Fonduna qaytarılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB