ABŞ şirkəti neft emalı zavoduna yardım edir

ABŞ şirkəti neft emalı zavoduna yardım edir

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) emal müəssisələrində aparılan yenidənqurma və təmir-bərpa işləri neft məhsullarının keyfiyyətinin yüksəlməsinə və istehsalın artmasına şərait yaradır. ARDNŞ-in mətbuat xidmətindən bildiriblər ki, yanacaq növlərinin keyfiyyətinin yaxşılaşdırılması sahəsində ixtisaslaşan xarici şirkətlərin köməyi ilə Heydər Əliyev adına Bakı neft emalı zavodunun (BNEZ) ЕD-АV-6, kаtаlitik kreninq və kаtаlitik riforminq qurğularında bir sıra rekonstruksiya işlərinin aparılması nəzərdə tutulur. Bu məqsədlə ABŞ-ın "UOP" şirkətinin nümayəndələri zavodda olub, müəssisənin rəhbərliyi ilə görüşüblər.

Zavodun direktoru Elman İsmayılov dövlət tərəfindən Avropa standartlarına cavab verən neft məhsullarının istehsalı ilə bağlı müəssisə qarşısında qoyulan vəzifələrdən, əsas texnoloji qurğuların hazırkı vəziyyətindən danışıb. İşgüzar şəraitdə keçən görüşdə qonaqlar müzakirə olunan məsələlərlə bağlı təkliflər verib və zavodun texnoloji qurğularında yenidənqurma və modernləşdirmə işlərinin mahiyyəti, həcmi, yerinə yetirilməsi və yeni qurğuların tikintisi haqqında hazırlanmış təqdimatı nümayiş etdiriblər.

Diskussiya şəraitində keçən təqdimatda bir çox məsələlərə aydınlıq gətirilib, yaxın gələcəkdə görüləcək işlər müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə