Vahid Əhmədov: "XXI əsrin ən önəmli müqaviləsi TANAP layihəsidir"

Vahid Əhmədov: "XXI əsrin ən önəmli müqaviləsi TANAP layihəsidir"

"Trans Anadolu qaz boru kəməri (TANAP) Azərbaycan üçün çox önəmli layihədir. Azərbaycan qazının ixracında ən önəmli addımlardan biridir". Bunu SİA-ya açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.

O bildirib ki, XX əsrin ən əsas müqaviləsi 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" idisə, XXI əsrin də ən önəmli müqaviləsi TANAP layihəsidir: "Azərbaycanda böyük qaz ehtiyatı var və bu qazın ixracı üçün TANAP layihəsinin icrasına başlanması Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edir. Çünki Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevin delifikasiya, yəni şaxələndirmə proqramı uğurla həyata keçirilir. TANAP layihəsi ilə bağlı hələ də müəyyən işlər davam edir və təxminən 2018-ci ildə artıq bu layihə tam gücü ilə işləməlidir. Bir daha bu məsələnin gündəmə gətirilməsi artıq layihənin reallaşmasının göstəricisidir".

Millət vəkili həmçinin təməlqoyma mərasimində digər qonşu dövlətlərin də iştirak edib-etməməsi məsələsinə fikir bildirib: "Layihənin əsas məqsədi Azərbaycan qazını əvvəlcə Türkiyə, daha sonra digər dövlətlərin də bazarına çıxarmaqdır. Ona görə də qaz ixracı ediləcək digər dövlətlərin rəhbərləri də təməlqoyma mərasimində iştirak edə bilər".

Təranə Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə