Xətai rayonunda qaz olmayacaq

Bakının Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün saat 11.30-dan işlər başa çatanadək Xətai rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə