Microsoft Azərbaycan və Yüksək Texnologiyalar Parkı MMC Anlaşma Memorandumu imzaladı

Bu gün "Rabitə və Yüksək Texnologiyalar sektoru üçün yaradılmış işgüzar mühit" adlı konfransda Microsoft Azərbaycan MMC və Yüksək Texnologiyalar Parkı MMC arasında Anlaşma Memorandumu imzalanıb. SİA-nın xəbərinə görə, memorandum çərçivəsində tərəflər innovativ texnologiyaların araşdırması və inkişafına İKT-nin tətbiqi istiqamətində imkanların yaradılması sahəsində əməkdaşlıq edəcəklər.

Əməkdaşlıq aşağıdakı sahələri əhatə edəcək:

-bacarıq və peşəkar tədris,

-sənaye əməkdaşlığı və innovasiyalar vasitəsilə texnoloji təkamülün sürətlənməsi,

-yerli proqram təminatı iqtisadiyyatının stimullaşdırılması istiqamətində Microsoft və Yüksək Texnologiyalar Parkı arasında tərəfdaşlıq.

Bütün xəbərlər Facebook səhifəmizdə