Avqustun 28-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Qusar şəhərində Quba, Qusar və Xaçmaz rayonlarından olan vətəndaşları qəbul edəcək. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, vətəndaşların qəbulu saat 10:00-dan etibarən Qusar şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün nazirliyin [email protected] elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21-42), (055) 227-02-62 nömrəli telefonlar (əlaqələndirici şəxs Qumru Əsgərova), qurumun 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin Nazirliyin Quba-Xaçmaz regional bölməsi (ünvan: Xaçmaz şəhəri, Bakı prospekti, 45, əlaqələndirici şəxs Mətləb Cəfərov, əlaqə telefonu: (050) 235-01-50, (02332) 6-83-16, faks: (02332) 6-83-16, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.
Bununla yanaşı, vətəndaşlar nazirliyin internet və "Facebook" səhifələrində xüsusi olaraq yaradılan "İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB