“Şahdəniz Mərhələ 1” və “Şahdəniz Mərhələ 2” layihəsi üzrə bir neçə quyu qazılıb
Cari ilin yanvar-iyun aylarında "Şahdəniz Mərhələ 1" və "Şahdəniz Mərhələ 2" layihəsi üzrə bir neçə quyu qazılıb. "bp-Azerbaijan" şirkətindən verilən məlumata görə, ilin ikinci rübündə Şahdəniz yatağındakı üç quyuda qazma əməliyyatları aparılıb. Hazırda isə bir quyunun qazılması işləri davam etdirilir. Hesabat dövründə "Şahdəniz Mərhələ 2" layihəsi üzrə isə İstiqlal qazma qurğusu bir quyuda qazma əməliyyatlarını başa çatdırıb. Hazırda digər quyuda işlər aparılır. Əməliyyatların 2015-ci ilin yanvarında tamamlanması planlaşdırılır. Heydər Əliyev qazma qurğusu ilə də yeni quyu qazılır. Bu quyuda işlər ilin üçüncü rübündə tamamlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB