Neftlə çirklənmiş 40 hektardan çox mədən ərazisi reabilitasiya olunub
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Ekol Mühəndislik Xidmətləri" Qapalı Səhmdar Cəmiyyəti (QSC) neft-qaz sənayesi sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılması, xüsusilə də neftlə çirklənmiş torpaqların təmizlənməsi və reabilitasiya olunmuş ərazilərin yaşıllaşdırılması işini uğurla davam etdirir.
QSC-dən bildiriblər ki, müəssisə tərəfindən "BibiHeybətneft" neft və qazçıxarma idarəsinin neftlə çirklənmiş 40 hektardan çox mədən ərazisi reabilitasiya olunub. Həmin ərazilərə 50 minədək mühitə davamlı müxtəlif növ ağac və bəzək kolları əkilib. Hazırda QSC-nin torpaqların rekultivasiyası departamentinin kollektivi yaşıllıq sahələrinə aqrotexniki xidmətlər göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB