Mərkəzi Bankın "Tədqiqat bülleteni"nin növbəti nömrəsi hazırlanıb
Mərkəzi Bankın elektron nəşri olan rüblük "Tədqiqat bülleteni"nin 2014-cü il üzrə ikinci nömrəsi hazırlanıb və Mərkəzi Bankın internet səhifəsində yerləşdirilib. Mərkəzi Bankdan SİA-ya verilən məlumata görə, bülletendə II rübdə dünya iqtisadiyyatında baş verən iqtisadi proseslərin icmalı verilmiş, qlobal bazarlarda vəziyyət və aparılan iqtisadi siyasətlər əks olunub.
Burada həmçinin Mərkəzi Avropa ölkələrinin mərkəzi banklarında inflyasiya üzrə proqnozlaşdırma təcrübəsi, inkişaf iqtisadiyyatı və qlobal maliyyə sistemi üzrə son tədqiqatların nəticələri verilib.
Bülletenin budəfəki sayına yeni maliyyə savadlığı bölməsi də daxil edilmişdir. Bu bölmədə maliyyə savadlığının əhəmiyyəti təhlil edilib. Bülletenin növbəti saylarında maliyyə savadlığına dair digər ölkələrin təcrübələrindən nümunələrin verilməsi nəzərdə tutulur.
Bülletenin fundamental tədqiqatlar bölməsində isə Mərkəzi Bankda aparılan son tədqiqat işləri haqqında məlumat verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB