“SOCAR yay məktəbi-2014”ün qalibləri ARDNŞ-nin müəssisələrində təcrübə keçəcəklər
Bu ilki "SOCAR yay məktəbi" layihəsinin qalibi olan ilk üç komanda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) xaricdəki aktivləri olan müəssisələrdə bir həftəlik təcrübə keçəcək. Bunu ARDNŞ-in kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov jurnalistlərə müsahibəsində deyib. O bildirib ki, yay məktəbi çərçivəsində bir sıra məşğələlər təşkil olunacaq, iştirakçılar ARDNŞ-in vitse-prezidentləri ilə görüşəcəklər.
Vitse-prezident qeyd edib ki, artıq iştirakçılar müəyyən komandalara bölünüblər. Kursun sonunda onların arasında liderlik keyfiyyətləri ilə bağlı komanda yarışı keçiriləcək. İlk üç yeri tutan komandalar məşğələləri ARDNŞ-in İsveçrə, Türkiyə və Gürcüstandakı müəssisələrində davam etdirəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB