105 poçt şöbəsində POS-terminal quraşdırılıb

105 poçt şöbəsində POS-terminal quraşdırılıb

"Azərpoçt" MMC-nin 2014-cü ilin investisiya proqnozuna uyğun olaraq bu ilin 6 ayı ərzində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) vəsaiti hesabına 12 inzibati binanın və 14 poçt şöbəsi binasının əsaslı təmiri, 5 poçt şöbəsi binasının isə tikinti işləri başa çatdırılıb. SİA-nın xəbərinə görə, hazırda 5 poçt filialının inzibati binasında və 7 poçt şöbəsi binasında təmir, 12 poçt şöbəsi binasının isə tikintisi işləri aparılır. "Maliyyə Xidmətlərinin İnkişafı" layihəsi (MXİL) üzrə nəzərdə tutulmuş "Azərpoçt" MMC-nin 1132 poçt şöbəsinin mərkəzi serverə qoşulması məqsədilə zəruri texniki tədbirlər görülməkdədir.

Bakı şəhərində 138 poçt şöbəsi, rayon poçt şöbələri üzrə 695 poçt şöbəsi və 42 poçt agentliyinin vahid şəbəkəyə qoşulması təmin edilib. MXİL-nin əhatəsini genişləndirmək məqsədilə "Azercell Telekom" MMC-nin "3G" xidmətindən istifadə etməklə, 70 kənd poçt şöbəsi "Azərpoçt" şəbəkəsinə qoşulub.

Bank xidmətlərinin tətbiqi ilə əlaqədar 15 ATM avadanlığı və 105 poçt şöbəsində POS-terminal quraşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə