"Günəşli" yatağında 49 nömrəli quyu istismara verildi

"Günəşli" yatağında 49 nömrəli quyu istismara verildi

Bu günlərdə ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik "Günəşli" yatağındakı 6-cı özüldən 49 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. SİA-nın ARDNŞ-nin rəsmi saytına istinadən verdiyi xəbərə görə, quyuda Qirməki Altı Lay dəstəsindən 3730-3709 metr intervaldan təkrar və əlavə süzgəclər açılıb. Quyu fontan üsulu ilə gündəlik 100 min kubmetr qaz və 15 ton kondensat hasilatı ilə istismara daxil edilib.

Quyuda istismar işləri "28 May" NQÇİ tərəfindən həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə