Belarus bankirlər Azərbaycanda təcrübə keçdilər

Belarus bankirlər Azərbaycanda təcrübə keçdilər

Azərbaycan Respublikası Mərkəzi Bankında İnformasiya texnologiyaları infrastrukturunun beynəlxalq standartlara uyğun olaraq qurulması üzrə təcrübə ilə yaxından tanış olmaq məqsədi ilə Belarus Respublikası Milli Bankının nümayəndə heyəti üçün 16-18 iyul 2014-cü il tarixlərində təcrübə mübadiləsi keçirilib.

AMB-dən SİA-ya verilən məlumata görə, görüş zamanı nümayəndə heyətinə Mərkəzi Bankda mövcud İnformasiya texnologiyaları infrastrukturu, onun inkişafı strategiyası və idarə olunması üzrə tətbiq olunan metodologiya və siyasət haqqında ətraflı məlumat verilib.

Daha sonra nümayəndə heyətinə İnformasiya texnologiyaları sahəsində Mərkəzi Bankın 2015-2020-ci illər üzrə inkişaf perspektivləri, "Help Desk" xidmətinin təşkili və insidentlərin idarə olunması üzrə geniş təqdimatlar keçirilib.

Nümayəndə heyəti AMB təcrübəsinin faydalı olduğunu vurğulamış, gələcəkdə də təcrübə mübadiləsinin davam etdirilməsi və müvafiq sahələrdə yardımın göstərilməsinə ümid etdiklərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə