Kür çayı üzərindəki körpüdə nəqliyyatın hərəkəti bərpa olundu
Hacıqabul-Bəhramtəpə avtomobil yolunun 9-cu kilometrliyində, Şirvan şəhəri ərazisində Kür çayı üzərində tikilən körpünün yanaşma yollarında aşınma qatının vurulması başa çatıb. "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev bildirib ki, iyulun 21-də səhər saatlarından körpüdə nəqliyyatın hərəkəti tam bərpa olunub.
Qeyd edək yeni inşa olunan üçaşırımlı körpünün uzunluğu 316 metr, eni isə 14,5 metr təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB