Bakı-Şamaxı yolunun 45-ci kilometrliyindən 91-ci kilometrliyinədək olan hissəsində əlavə iki zolağın tikintisi davam etdirilir. Yol boyu boruların salınması, 2 körpünün, 6 yerüstü piyada və 16 mal-qara keçidinin inşası nəzərdə tutulub. "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev bildirib ki, dörd zolaqdan ibarət olması nəzərdə tutulan yolda torpaq işlərinin 40 faizi yerinə yetirilib. Artıq 25 dairəvi boru salınıb və kommunikasiya xətlərinin köçürülməsi başa çatdırılıb. Körpülərdən birində isə sıvayların tikintisi yekunlaşıb. Üçaşırımlı körpünün uzunluğu 58, eni 11,5 metr olacaq.
Qeyd edək ki, 2013-cü ilin avqustunda başlanan işlərin 2015-ci ildə yekunlaşdırılması nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB