8 rayonda qaz olmayacaq

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, qaz nəqli sistemində ölçü qovşaqlarının yenidən qurulması ilə əlaqədar bu gün saat 18:00-dək Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər rayonlarına, Yevlax və Masallı rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə