Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, qaz nəqli sistemində siyirtmənin əvəz olunması, qaz tənzimləyici qurğunun dəyişdirilməsi, qaz kəmərinin mənbəyə birləşdirilməsi və təmir işləri ilə əlaqədar bu gün saat 13:00-dək Binəqədi rayonunun bir hissəsinə, saat 17:00-dək Xətai rayonunun bir hissəsinə, saat 18:00-dək Qusar rayonuna, İsmayıllı, Tovuz, Şəmkir, Masallı, Şamaxı və Cəlilabad rayonlarının bir hissəsinə, saat 20:00-dək isə Qazax rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB