Azərbaycan Vyanada təmsil olunub

İyulun 8-dən 10-dək Vyana şəhərində 10-cu Avrasiya vergi-büdcə ekspertləri seminarı keçirilib. SİA-nın xəbərinə görə, seminar Japan Tobacco İnternational və Schlumberger şirkətlərinin dəstəyi ilə Beynəlxalq Vergi və İnvestisiya Mərkəzi tərəfindən hər il keçirilir. Bu ilki tədbir Avrasiya məkanında iqtisadi, maliyyə, vergi və büdcə məsələlərinin müzakirəsinə, habelə milli səviyyədə qabaqcıl təcrübə mübadiləsinə həsr olunub.

Seminarda Azərbaycan Respublikasını Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, vergilər nazirinin müşaviri Akif Musayev və Maliyyə Nazirliyinin vergi siyasəti və gəlirlər şöbəsinin müdiri Cəmil Əlizadə təmsil ediblər. Onlar seminar çərçivəsində keçirilən panel iclaslarda aparılan müzakirələrdə fəal iştirak etmiş və Azərbaycanda əldə olunan irəliləyişləri iştirakçıların diqqətinə çatdırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə