Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) baş məsləhətçisi Adil Qurbanov və bir qrup iş adamı Almaniyanın Berlin şəhərindədirlər. ASK-dan SİA-ya verilən xəbərə görə, nümayəndə heyətinin Almaniyaya səfəri Cənubi Qafqazda sahibkarlar ittifaqları ilə partnyorluq layihəsi çərçivəsində reallaşıb. Səfərin əsas məqsədi Almaniyada dual peşə təhsili sistemi sahəsində mövcud təcrübəni öyrənmək, ölkəmizdə tətbiq etməkdir. Partnyorluq layihəsi çərçivəsində 2012-ci ilin sonunda aparılan peşə təhsili tədbirləri 2013-cü ilin əvvəlində ASK-nın tərkibində fəaliyyət göstərən "Elm, təhsil və peşə təhsili müəssisələri ilə iş" komissiyasının təsis edilməsinə real zəmin yaradıb.
Nümayəndə heyəti səfər çərçivəsində Almaniyada peşə hazırlığı və təkmilləşdirilməsi sahəsində fəaliyyət göstərən təşkilatlarla görüşlər keçirmiş, maraqlı təqdimatlarla tanış olub, bir sıra istehsalat müəssisələrinə baxış keçiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB