Qazaxıstandan Azərbaycana 220 milyon dollarlıq biznes jesti

Qazaxıstandan Azərbaycana 220 milyon dollarlıq biznes jesti

Azərbaycanlı sahibkarlara Qazaxıstanda investisiya layihələri təqdim edilib. SİA-nın Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən verdiyi xəbərə görə, Qazaxıstanın şimal vilayətlərində ümumi dəyəri təxminən 220 milyon dollar olan 23 layihənin həyata keçirilməsi planlaşdırılır. Həmin layihələr məişət tullantılarının qəbulu və emalı, ağac-yonqar lövhələrin istehsalı üzrə müəssisələrin tikintisi, kənd təsərrüfatı texnikasının istehsalı, heyvandarlıq komplekslərinin yaradılması və digər istiqamətlərə aiddir.

Bu layihələrdə iştiraka maraq göstərənlər Qazaxıstanın Azərbaycandakı səfirliyindən lazımi məlumat əldə edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə