"Britaniya şirkətləri Azərbaycan bazarında iştiraka maraq göstərirlər"

"Britaniya şirkətləri Azərbaycan bazarında iştiraka maraq göstərirlər"

Böyük Britaniya Azərbaycanın informasiya texnologiyaları şirkətlərinin beynəlxalq bazarlara çıxışı üçün əlverişli şərait yaradacaq. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.

Onun sözlərinə görə, bu qərar iyunun 25-də Londonda keçirilən yüksək texnologiyalar üzrə birinci Britaniya-Azərbaycan biznes forumu çərçivəsində qəbul edilib: "Söhbət Azərbaycan və Britaniya şirkətlərinin birgə fəaliyyətindən gedir. Başlıca hədəf və vəzifə müəyyən güzəştlərin tətbiqi yolu ilə Azərbaycan şirkətlərinin möhkəmləndirilməsi və şirkətlərinin beynəlxalq bazarlara çıxış üçün əlverişli şəraitin yaradılmasıdır. Hazırda iki ölkə arasında energetika sahəsində əməkdaşlıq həyata keçirilir və yüksək texnologiyalar sahəsi gələcəkdə əməkdaşlığın yeni vektoru olacaq. Biz indi yüksək texnologiyalar sahəsində əməkdaşlığın yeni istiqamətini açırıq. Böyük Britaniya ilə Azərbaycan arasında texnologiyaların inkişafındakı fərqə baxmayaraq, Britaniya şirkətləri Azərbaycan bazarında iştiraka maraq göstərirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə